İdman
Şakil O'Nil: "Qızlarımın 24 yaşınadək oğlanlarla görüşməsinə icazə vermirəm"
"Qızlarımın 24 yaşınadək oğlanlarla görüşməsinə icazə vermirəm". Oxu.Az xəbər verir ki, bunu "The Big Podcast" proqramına açıqlamasında NBA-nın canlı əfsanəsi Şakil O'Nil deyib. Onun sözlərinə görə, qızları ilə maraqlanan oğlanların əsasən ali təhsilli olmalarına önəm verir: "Qızlar daha ağıllı və düşüncəlidirlər. Əvvəlcə müstəqil şəkildə xoşbəxt olmağı öyrənməlidirlər. Qızlarımı bir az daha çox sevirəm. Kişi qadını qorumalı və ona baxmalıdır". Şakil O'Nil bildirib ki, qızları evdə ata-anası ilə istədikləri qədər qala bilərlər və onların təhsil xərclərini tamamilə özü qarşılayacaq. Lakin keçmiş basketbolçu oğulları ilə bağlı eyni yanaşmanı sərgiləmir. O əlavə edib ki, oğlanlar 18 yaşlarını tamamladıqdan sonra evdən çıxmalıdırlar.
Mənbə
oxu.az