İdman
UEFA Çempionlar Liqası: "Kral klubu" uduzdu, "Qoca sinyora" qalib gəldi
UEFA Çempionlar Liqasının əsas mərhələsində altıncı turun son oyunları baş tutub. Oxu.Az xəbər verir ki, altıncı tura doqquz qarşılaşma ilə yekun vurulub. Turun mərkəzi qarşılaşması "Real Madrid" - "Mançester Siti" komandaları arasında keçirilib. "Kral" klubu hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. "Şəhərlilər" ardıcıl iki dəfə fərqlənərək, meydandan qalib ayrılıblar - 1:2 Maraqla gözlənilən digər qarşılaşmalardan biri "Yuventus" - "Pafos" dueti olub. Turin təmsilçisi Çempionlar Liqasının debütantı qarşısında çətinlik çəkməyib. "Qoca sinyora" matçdan 2:0 hesabı ilə qalib ayrılıb. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "Qarabağ" - "Ayaks" - 2:4; "Vilyarreal" - "Kopenhagen" - 2:3; "Atletik Bilbao" - PSJ - 0:0; "Bayer Leverkuzen" - "Nyukasl Yunayted" - 2:2; "Benfika" - "Napoli" - 2:0; "Brügge" - "Arsenal" - 0:3; "Borussiya Dortmund" - "Budyo/Qlimt" - 2:2.
Mənbə
oxu.az