İdman
UEFA Çempionlar Liqası: "Arsenal" yenə məğlub olmadı, "Benfika" qələbə qazandı
UEFA Çempionlar Liqasının əsas mərhələsində altıncı turun son oyunları baş tutub. Oxu.Az xəbər verir ki, altıncı tura doqquz qarşılaşma ilə yekun vurulub. Çempionlar Liqasında bu mövsüm məğlubiyyətin nə olduğunu bilməyən "Arsenal" uduzmamaq ənənəsini davam etdirib. Mikel Artedanın yetirmələri bu dəfə səfərdə "Brügge"yə rəhm etməyiblər - 0:3. Joze Mourinyonun "Benfika"sı isə son İtaliya çempionu "Napoli"ni məğlub edib. Portuqaliya təmsilçisinin iki qoluna italyanlar heç nə ilə cavab verə bilməyiblər - 2:0 Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "Qarabağ" - "Ayaks" - 2:4; "Vilyarreal" - "Kopenhagen" - 2:3. "Atletik Bilbao" - PSJ - 0:0; "Bayer Leverkuzen" - "Nyukasl Yunayted" - 2:2; "Borussiya Dortmund" - "Budyo/Qlimt" - 2:2; "Yuventus" - "Pafos" - 2:0; "Real Madrid" - "Mançester Siti" - 1:2.
Mənbə
oxu.az