İdman

Elvin Cəfərquliyev məğlubiyyətin səbəblərini açıqladı

11 Dec 2025, 01:12 1 baxış
Elvin Cəfərquliyev məğlubiyyətin səbəblərini açıqladı
"İtiriləcək bir şeyimiz yoxdur. Əlimizdən gələni edəcəyik ki, növbəti iki oyundan maksimum nəticə əldə edək". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçirilən "Qarabağ" - "Ayaks" qarşılaşmasından sonra "Qarabağ" klubunun müdafiəçisi Elvin Cəfərquliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, məğlubiyyət hücuma keçərkən buraxılan səhvlər səbəbindən yaşanıb: "Azarkeşlərimizi sevindirmək istəyirdik. Bu oyunda qazanacağımız üç xal pley-off şanslarımızı daha da artıracaqdı. Qarşılaşmaya yaxşı başladıq, üstünlük bizdə idi. Lakin bəzi səhvlər nəticəsində qapımızda qollar gördük. İtiriləcək bir şeyimiz yoxdur. Əlimizdən gələni edəcəyik ki, növbəti iki oyundan maksimum yararlanaq". Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Ayaks" görüşü 2:4 hesabı ilə başa çatıb. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər