İdman

Qurban Qurbanov: "Son illərin ən sürətli və bol qollu oyunu oldu"

11 Dec 2025, 00:36 1 baxış
Qurban Qurbanov: "Son illərin ən sürətli və bol qollu oyunu oldu"
"Rəqibi təbrik edirəm. Oyundan sonra rəqib baş məşqçi futbolçularının yanına getdiyi üçün onu təbrik edə bilmədim". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçirilən "Qarabağ" - "Ayaks" qarşılaşmasından sonra təşkil olunan mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O, komandasının çıxışından razı qaldığını bildirib: "Oyunçularımdan razı qaldım. Son illərdə bu qədər sürətli və bol qollu oyunumuz olmamışdı. "Ayaks" kimi komandalar belə səhvləri bağışlamırlar. Bura Çempionlar Liqasıdır və burada istənilən nəticəni gözləmək lazımdır. Meydanda döyüşərək məğlub olduq. Nə biz, nə də azarkeşlər heç-heçəni gözləmirdilər. Buna görə də oyunçularımız sona qədər hücumda çoxluq yaratmağa çalışırdı. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Hava şəraitinə baxmayaraq, sonadək bizimlə oldular. Məncə, hamı oyundan zövq aldı, sadəcə nəticə istədiyimiz kimi olmadı. Belə böyük oyunlarda futbolçulara hər zaman deyirəm ki, gücümüzü sona qədər qorumalıyıq. Ümumi qol epizodlarını saysaq, bəlkə də bizdə daha çox idi". Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Ayaks" görüşü 2:4 hesabı ilə başa çatıb. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər