Digər

Netanyahunun fikirlərini tənqid edən səfir XİN-ə çağırıldı

10 Dec 2025, 21:12 1 baxış
Netanyahunun fikirlərini tənqid edən səfir XİN-ə çağırıldı

Ukraynanın Təl-Əvivdəki səfiri Yevgeni Korniyçuk İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.


Axar.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.


XİN-də səfirə Netanyahunun fikirlərini tənqid etməsinin qəbul edilməz olduğu və protokol qaydalarını pozduğu bildirilib.


Qeyd edək ki, daha öncə səfir İsrail Baş naziri Benyamin Netanyahunun Rusiya Prezidenti Vladimir Putinlə danışıqların əhəmiyyəti barədə fikirlərini tənqid edib.

Mənbə axar.az

Oxşar Xəbərlər