Siyasət
Konqresmen Anna Paulina Luna 907-ci düzəlişin tam ləğvinə dair qanun layihəsini təqdim edib
ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna 907-ci düzəlişin tam ləğv edilməsinə yönəlik qanun layihəsini təqdim edib. Oxu.Az bu barədə ABŞ Konqresinin saytına istinadən xəbər verir. Xatırladaq ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə rəsmi Bakının Ermənistana guya "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dən dövlət yardımının edilməsinə qadağa qoyan qanunu qəbul edib. Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvəqqəti dayandırsalar da, Bayden-Blinken administrasiyası bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. Qeyd edək ki, bu ilin avqust ayında ABŞ Prezidenti Donald Tramp tərəfindən "Azadlığa dəstək qanununa" 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncam imzalanıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər