Siyasət

Prezident bu rektoru vəzifəsindən azad etdi - Yeni təyinat

10 Dec 2025, 17:55 1 baxış
Prezident bu rektoru vəzifəsindən azad etdi - Yeni təyinat

Rövşən İsmayılov Ədliyyə Akademiyasına rektor təyin edilib.


Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.


Sərəncama əsasən, Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilsin.


Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Digər Sərəncamla, Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib.

Mənbə axar.az

Oxşar Xəbərlər