Digər
İranda SEPAH-ın 3 üzvü öldürüldü
İranın Sistan və Bəlucistan əyalətinin Zahidan rayonunun Lar bölgəsində naməlum silahlı şəxslər SEPAH üzvlərinin olduğu avtomobilə hücum edib.
Axar.az xəbər verir ki, bu haqda SEPAH-ın İctimaiyyətlə Əlaqələr Bölməsi məlumat yayıb.
Hücum nəticəsində 3 SEPAH üzvü öldürülüb.
Bəluc Fəallarının Kampaniyasının məlumatına görə, ölənlər arasında SEPAH-ın Lar bölgəsinin əməliyyat komandiri də olub.
Hələlik silahl hücumun məsuliyyətini heç bir qurum öz üzərinə götürməyib.
Mənbə
axar.az