Digər

OKX Azərbaycan bazarına genişmiqyaslı daxil olmasını elan etdi

10 Dec 2025, 14:56 1 baxış
OKX Azərbaycan bazarına genişmiqyaslı daxil olmasını elan etdi
Kriptovalyuta birjası və "Web3" ekosistemi olan OKX P2P platformasında avtomatlaşdırılmış sifariş icra xidməti istifadəyə verilməklə Azərbaycan bazarına genişmiqyaslı şəkildə daxil olduğunu elan edib. Bu funksiya sifarişlərin icrasını sürətləndirir və dələduzluq risklərini aradan qaldırır. Əvvəllər istifadəçilər hər əməliyyatı əllə təsdiqləməli olurdu ki, bu da kriptovalyutanın qəbulunu ləngidə və mübahisələrə səbəb ola bilərdi. Yeni xidmət isə alıcı vəsaiti satıcının təsdiqlənmiş ödəniş məlumatlarına uğurla köçürdükdən sonra əməliyyatların avtomatik şəkildə tamamlanmasına imkan verir. Ödəniş üsullarının yoxlanılması üçüncü şəxslərə məxsus bank kartlarının və yanlış hesab məlumatlarının istifadəsinin qarşısını alır, bununla da dələduzluq risklərini azaldır və birja qaydalarına, həmçinin milli tənzimləmələrə uyğunluğu təmin edir. "Avtomatlaşdırılmış sifariş icrası bütün OKX P2P ekosistemi üçün texnoloji bir irəliləyişdir. Bu funksiyanı məhz Azərbaycan istifadəçiləri üçün təqdim edirik ki, kriptovalyuta ilə işləmək daha rahat və təhlükəsiz olsun. Azərbaycan bizim üçün mühüm strateji bazardır və onun inkişafına investisiya qoymağa davam edəcəyik", - deyə OKX nümayəndələri bildiriblər. Avtomatik icra funksiyasından istifadə etmək üçün istifadəçinin "Kapital Bank", "M10" və ya "Rabitə Bank"dan birində hesabı olmalıdır. Sistem ödəniş məlumatlarını avtomatik yoxlayır: "Kapital Bank" və "Rabitə Bank" üçün hesab və ya kart nömrəsi vasitəsilə, "M10" üçün isə telefon nömrəsi ilə. Məlumat səhv olduqda, istifadəçiyə bildiriş göndərilir. Azərbaycan manatı ilə ticarət qeydiyyat ölkəsindən asılı olmayaraq bütün istifadəçilər üçün əlçatandır, lakin yeni xidmətdən yalnız bu banklardan birində təsdiqlənmiş hesabı olanlar yararlana biləcəklər. Şirkət bildirib ki, gələcəkdə dəstəklənən bankların siyahısı genişlənə bilər. Sifariş icrası üçün komissiya hər iki tərəf üçün əməliyyat məbləğinin 0.25%-i olaraq müəyyən edilib. Komissiya elan yaradılmasından tutmuş sifarişin tamamlanmasına qədər bütün mərhələlərdə göstərilir. OKX qeyd edir ki, Azərbaycanda P2P ticarətinə tələbat artır və istifadəçilər bunu rəqəmsal aktivlər bazarına rahat giriş nöqtəsi kimi aktiv şəkildə istifadə edirlər. "Avtomatlaşdırılmış sifariş icrasının məhz bu bazarda tətbiqi OKX-in lokallaşma strategiyasını və ayrı-ayrı ölkələrin ehtiyaclarına uyğunlaşdırılmış həllər təqdim etmək öhdəliyini vurğulayır", - deyə şirkət nümayəndəsi əlavə edib. Azərbaycan bazarına girişin bir hissəsi olaraq OKX bir sıra tanıtım kampaniyalarını da istifadəyə verir. Bunlara tapşırıqları yerinə yetirməyə görə bonuslar təqdim edən "P2P Exclusive Rewards", aktiv treyderlər üçün "P2P Badges Promo", satıcıların görünüşünü artıran "P2P Featured Ads" və yeni P2P istifadəçilərini OKX-ə cəlb etmək üçün xüsusi mükafatlı referal proqramı daxildir. OKX ticarət həcminə görə dünyanın ən böyük kriptovalyuta birjalarından biri və geniş "Web3" ekosistemidir. Platforma 100-dən çox ölkədə 70 milyondan artıq istifadəçiyə xidmət göstərir. OKX spot və füçers ticarəti, kopitreyderlik, ticarət botları və ticarət səmərəliliyini artırmaq üçün süni intellektlə təchiz edilmiş alətlər, passiv gəlir məhsulları, həmçinin innovativ "Web3" həlləri daxil olmaqla geniş imkanlar təqdim edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər