İdman
"Bayern"in yeni ulduzu UEFA Çempionlar Liqasının tarixinə düşdü
"Bavariya" klubunun 17 yaşlı yarımmüdafiəçisi Lennart Karl UEFA Çempionlar Liqasının (ÇL) tarixinə düşüb. Oxu.Az xəbər verir ki, oyunçu bu nəticəyə dünən keçirilən "Bavariya" - "Sportinq" (3:1) oyununda qol vurmaqla nail olub. "Opta"nın məlumatına görə, almaniyalı futbolçu turnir tarixində ardıcıl üç oyunda qol vurmağı bacaran ən gənc oyunçu kimi rekorda imza atıb. Almaniyalı yarımmüdafiəçi bunu 17 yaş 290 günlüyündə bacarıb. Bundan əvvəl Karl "Arsenal" (1:3) və "Brügge"ni (4:0) məyus edib.
Mənbə
oxu.az