İdman

Dünya çempionatı: Azərbaycanın səkkiz boksçusu 1/4 finalda mübarizə aparacaq

10 Dec 2025, 13:00 1 baxış
Dünya çempionatı: Azərbaycanın səkkiz boksçusu 1/4 finalda mübarizə aparacaq
Azərbaycanın səkkiz boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının 1/4 final mərhələsində mübarizə aparacaq. Bu barədə Oxu.Az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib. 1/8 finalda yığmanın daha 2 idmançısı qələbə qazanıb. Maqsud Xasmetov (63.5 kq) Ruslan Qafurovdan (Tacikistan) güclü olub. O, rəqibini 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Xasmetov 1/4 finalda Omar Livaza (Qırğızıstan) ilə döyüşəcək. Sərxan Əliyev (71 kq) də növbəti qələbəsini qazanıb. Dünya çempionatının mükafatçısı bu dəfə Arturs Vaisə (Latviya) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Ablayxan Jussupovu (Qazaxıstan) sınağa çəkəcək. Qeyd edək ki, Xasmetov və Əliyevdən öncə daha 6 boksçumuz 1/4 finalda iştirakını rəsmiləşdirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər