Digər
Vüsal Ağayev: "Süni intellekt risklərin strukturunu yenidən formalaşdırır"
"Rəqəmsal transformasiya, süni intellektin sürətli inkişafı, qlobal təchizat zəncirlərinin yenidən formalaşması sənaye mühitində risklərin strukturunu tamamilə yenidən formalaşdırır". Oxu.az xəbər verir ki, bunu Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev "Sənaye Təhlükəsizliyi Zirvəsi 2025" tədbirində bildirib. Onun sözlərinə görə, hazırda dünya, sənaye, risklərin mahiyyəti dəyişir: "Rəqəmsal transformasiya, süni intellektin sürətli inkişafı, qlobal təchizat zəncirlərinin yenidən formalaşması və iqlim faktorlarının təsiri sənaye mühitində risklərin strukturunu tamamilə yenidən formalaşdırır. Bu reallıq bizdən daha çevik, daha qabaqcıl və daha məsuliyyətli qərarlar tələb edir". O qeyd edib ki, hazırda sənaye təhlükəsizliyi artıq yalnız texniki məsələ deyil: "O, milli təhlükəsizlik, iqtisadi dayanıqlıq və insan həyatının qorunmasının əsas sütunlarından biridir. Yeni dövrün təhlükəsizlik modeli - rəqəmsal, öncədən xəbərdarlığa əsaslanan və real vaxtda reaksiya verən sistemlərdən ibarətdir. İnnovativ monitorinq qurğuları, süni intellekt əsaslı risk analizləri, avtomatlaşdırılmış istehsal prosesləri - bütün bunlar sənayenin gələcəyini müəyyənləşdirən əsas dayaqlardır. Bu transformasiyanın uğuru isə yalnız bir formada mümkündür: dövlət və özəl sektorun güclü, səmərəli və etibarlı tərəfdaşlığı". Daha çox şəkil burada: Phtostock.Az
{{gallery}} Elmidar Əliyev
{{gallery}} Elmidar Əliyev
Mənbə
oxu.az