İdman
UEFA Çempionlar Liqası: "Qarabağ" növbəti sınaq qarşısında
UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq. Oxu.Az xəbər verir ki, təmsilçimiz Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. Qeyd edək ki, "Qarabağ" növbəti oyununu yanvarın 21-də doğma meydanda "Ayntraxt Frankfurt" klubuna qarşı keçirəcək. Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk beş turunda iki qələbə, bir heç-heçə və iki məğlubiyyətdən sonra yeddi xal toplamağı bacarıb. 10 dekabr UEFA Çempionlar Liqası VI tur Saat 21:45, "Qarabağ" - "Ayaks".
Mənbə
oxu.az