İdman
UEFA Çempionlar Liqası: "Barselona"dan qələbə, "Çelsi" məğlub oldu
UEFA Çempionlar Liqasının əsas mərhələsində altıncı turun oyunları baş tutub. Oxu.Az xəbər verir ki, tura doqquz qarşılaşma ilə start verilib. "Barselona" doğma azarkeşləri önündə "Ayntraxt Frankfurt"u sınağa çəkib. Oyun ərzində katalonlar hesabda geri düşsələr də, sonda qalib gələn tərəf olublar. 21-ci dəqiqədə almanlardan Knauf hesabı açsa da, Kundenin dublu (50, 53) meydan sahiblərinin qələbəsini təmin edib - 2:1.
Öz meydanında "Çelsi"ni qəbul edən "Atalanta" qonaqları əliboş yola salıb. "Zadəganlar" hesabı açsalar da, üstünlüyü sonadək qorumağı bacarmayıblar. Pedronun (25) qoluna, Skamakka (55) və de Ketelare (83) dəqiq zərbələrlə cavab veriblər - 2:1.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "Kayrat" - "Olimpiakos" 0:1; "Bavariya" - "Sportinq" 3:1; "Monako" - "Qalatasaray" 1:0; "İnter" - "Liverpul" 0:1; PSV - "Atletiko Madrid" 2:3; "Tottenhem" - "Slaviya Praqa" 3:0; "Royal Union" - "Marsel" 2:3.

Mənbə
oxu.az