İdman
Beynəlxalq Gimnastika Federasiyası adını dəyişdi
Beynəlxalq Gimnastika Federasiyası (FIG) adını "World Gymnastics" olaraq dəyişdiyini elan edib. Oxu.Az bildirir ki, bu barədə məlumatı təşkilatın Mətbuat Xidməti yayıb. Məlumata görə, növbəti addım bütün gimnastika növlərinin rebrendinqi olacaq. "Bu, idmanı yeni səviyyəyə qaldırmaq və gimnastikaya bütün dünyada əlçatanlığı genişləndirmək üçün verilmiş bir vəddir", - deyə federasiyanın prezidenti Morinari Vatanabe bildirib.
Mənbə
oxu.az