Digər

Dünyada ilk: Sosial şəbəkələr uşaqlara qadağan edildi

10 Dec 2025, 01:07 1 baxış
Dünyada ilk: Sosial şəbəkələr uşaqlara qadağan edildi

Avstraliya 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadə etməsini qanunvericilik səviyyəsində qadağan edən ilk ölkə olub.


Axar.az Oxu.Az-a istinadən xəbər verir ki, yeni qaydaya əsasən, Feysbuk, İnstaqram və Tiktok da daxil olmaqla əsas platformalar yetkinlik yaşına çatmayan istifadəçilərin hesablarını silməyə məcburdurlar.


Tələblərə əməl etməməyə görə cərimələr 74 milyon Avstraliya dollarına (49 milyon ABŞ dolları - red.) qədər çata bilər. X istisna olmaqla, bütün servislər bu tələbləri yerinə yetirməyə hazır olduqlarını bildiriblər.

Mənbə axar.az

Oxşar Xəbərlər