İdman

"Sumqayıt" - "İmişli" oyununda GƏRGİN ANLAR

10 Dec 2025, 00:24 1 baxış
"Sumqayıt" - "İmişli" oyununda  GƏRGİN ANLAR
Misli Premyer Liqasının XIV turunda keçirilən "Sumqayıt" - "İmişli" qarşılaşmasında gərgin anlar yaşanıb. Oxu.Az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oyunun 90+8-ci dəqiqəsində "İmişli"nin futbolçusu İbrahim Əliyev penaltini dəqiq yerinə yetirə bilməyib. Bu hadisədən sonra Əliyevin məhz "Sumqayıt"ın yetirməsi olduğu üçün azarkeşlər onun qol vurmağa cəhd etməsini etirazla qarşılayıblar. Nəticədə stadionda gərginlik artıb. İbrahim Əliyev isə insidentdən sonra "Sumqayıt"ın hücumçusu Aleksandr Ramallinqom tərəfindən təhqir olunduğunu iddia edib. Qeyd edək ki, görüş "Sumqayıt"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Həmin görüntüləri təqdim edirik:
"Sumqayıt" - "İmişli" oyununda  GƏRGİN ANLAR
Mənbə oxu.az

Oxşar Xəbərlər