İdman
Messi ardıcıl ikinci dəfə MLS-də mövsümün oyunçusu seçildi
"İnter Mayami"nin hücumçusu Lionel Messi ardıcıl ikinci dəfə MLS-də mövsümün oyunçusu seçilib. Oxu.Az xəbər verir ki, bu barədə liqanın rəsmi saytında məlumat verilib. Argentinalı MLS tarixində ardıcıl iki dəfə bu mükafatı qazanan ilk oyunçu olub. O, cari mövsümdə 49 oyunda 43 qol vurub və 26 məhsuldar ötürmə edib. Messi, həmçinin ardıcıl iki liqa mövsümündə ən azı 36 qolda iştirakı olan ilk MLS oyunçusu olub. Cari mövsümdə Messi komandasına tarixində ilk dəfə MLS Kubokunu qazanmağa kömək edib.
Mənbə
oxu.az