Digər

Rusiya bu atəşkəsə hazırdırsa, biz də hazırıq - Zelenski

10 Dec 2025, 00:56 1 baxış
Rusiya bu atəşkəsə hazırdırsa, biz də hazırıq - Zelenski

Rusiya da hazır olarsa, Ukrayna enerji atəşkəsi tətbiq etməyə hazırdır.


Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın enerji sektoruna hücumlarını şərh edərkən bildirib.


"Gördüklərimiz budur ki, onların hücumları enerji sektorumuza yönəlib. İnsanlar işıqsız qalıb. Kritik əhəmiyyət daşıyan infrastrukturumuza hücumlar edirlər. Bu, Rusiyanın sülh prosesində maraqlı olması demək deyil.


Ruslar enerji atəşkəsinə hazırdırsa, biz həmişə hazır olduğumuzu vurğulamışıq. Bu, xalq üçün çox vacibdir", - Zelenski vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər