İdman
2026-cı il Qış Olimpya Oyunlarında razılaşdırılmış oyunların qarşısı alınacaq
Beynəlxalq Olimpiya Komitəsi (BOK) xüsusi Dürüstlük Bölməsinin yaradıldığını elan edib. Bu qurum 2026-cı il Qış Olimpiya Oyunları zamanı potensial pozuntuların, o cümlədən də razılaşdırılmış oyunların qarşısını almaq üçün nəzərdə tutulub. Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytında məlumat verilib. Xüsusi bölmə 2026-cı il yanvarın 30-dan fevralın 24-dək fəaliyyət göstərəcək. Bu sistem 2012-ci il London Olimpiadasından bəri tətbiq olunur. Qeyd edək ki, 2026-cı il 25-ci Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək.
Mənbə
oxu.az