Digər

Petrosyan Rusiya səfiri ilə görüşdü

09 Dec 2025, 19:45 1 baxış
Petrosyan Rusiya səfiri ilə görüşdü

Dekabrın 9-da Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan şəxsi iqamətgahında Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkinlə görüşüb.


Axar.az xəbər verir ki, bu barədə Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat yayıb.


“Söhbət zamanı Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və onların inkişafı və möhkəmlənməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb”, - Musinyan qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər