İdman

Qurban Qurbanov: "Oyuna hazırlaşmaq üçün çox vaxtımız olmadı"

09 Dec 2025, 17:57 1 baxış
Qurban Qurbanov: "Oyuna hazırlaşmaq üçün çox vaxtımız olmadı"
"Oyuna hazırlaşmaq üçün çox vaxtımız olmadı". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" qarşılaşmasından əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, meydanda çox diqqətli olmalıyıq: "Qarşımızda ilk qalibiyyətini qazanmaq istəyən komanda var. Onlar bu oyuna çox ciddi hazırlaşıblar. İki gün öncədən Bakıya gəliblər və məşqi başqa stadionda ediblər. Rəqib meydanda çoxlu rotasiyalar edən və birə-bir oynamağı sevən komandadır. Qalib gəlmək və azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik". Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü saat 21:45-də başlayacaq. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər