İdman
"Ayaks" klubunun baş məşqçisi: "Qarabağ" çox az sayda oyunda məğlub olur"
"Qarabağ"ın oyunlarına baxmışam". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" qarşılaşmasından əvvəl mətbuat konfransında qonaq komandanın baş məşqçisi əvəzi Fred Qrim deyib. O bildirib ki, "Qarabağ" çox az sayda oyunda məğlub olur: "Bu bizim üçün çox ciddi bir oyundur. Rəqibin heyətində texnikalı oyunçular çoxdur. Onlar komanda şəklində müdafiə olunub, eyni zamanda hücuma çıxmağı bacarırlar". Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü saat 21:45-də başlayacaq.
{{gallery}} Daha çox foto burada: PhotoStock.az Murad Nəsimi
{{gallery}} Daha çox foto burada: PhotoStock.az Murad Nəsimi
Mənbə
oxu.az