İdman

"Ayaks" klubunun qolkiperi: "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq"

09 Dec 2025, 16:46 1 baxış
"Ayaks" klubunun qolkiperi: "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq"
"Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" qarşılaşmasından əvvəl mətbuat konfransında "Ayaks" klubunun qolkiperi Vitezslav Yaroş deyib. O bildirib ki, "Ayaks"da olduğu üçün xoşbəxtdir: "Bu klubda olduğum üçün xoşbəxtəm. Hər şey mənim üçün yaxşı keçir. Komandamız son matçlarda inkişaf edib. Son iki oyuna əsasən bunu deyə bilərəm. "Qarabağ"a qarşı yaxşı oyun sərgiləməyə çalışacağıq". Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" matçı saat 21:45-də başlayacaq. Murad Nəsimi
Mənbə oxu.az

Oxşar Xəbərlər