İdman
Fred Qrim: "Yeddi xalı olan komandaya qarşı oynamaq çətindir"
"Yeddi xalı olan komandaya qarşı oynamaq çətindir". Oxu.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" qarşılaşmasından əvvəl mətbuat konfransında qonaq komandanın baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim deyib. O bildirib ki, sabahkı oyun onlar üçün vacibdir: "Qarabağ"ı analiz etmişik. Onlar bu mövsüm balanslı oyun göstərirlər. Sürətli hücum qurmağı bacarırlar. Buna qarşı planımız var. Sabah qalib gəlmək üçün çalışacağıq. Xüsusi olaraq ad çəkmək istəmirəm. Onların həm müdafiədə, həm hücumda kifayət qədər keyfiyyətli oyunçuları var". Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü saat 21:45-də başlayacaq. Murad Nəsimi
Mənbə
oxu.az