Digər

Yaponiyada güclü zəlzələ: 39 nəfər yaralandı

09 Dec 2025, 13:55 1 baxış
Yaponiyada güclü zəlzələ: 39 nəfər yaralandı

Dekabrın 8-də gecə Yaponiyanın şimalındakı Aomori adasının şərqində 7,5 bal gücündə zəlzələ baş verib.


Axar.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.


Məlumata görə, zəlzələ nəticəsində 39 nəfər yaralanıb.


Regional hökumətin yaydığı məlumatda qeyd olunub ki, yaralananların 36-sı Aomori prefekturasının, 3-ü isə İvate prefekturasının sakinləridir.


Ölən və ya itkin düşənlər barədə məlumat verilməyib.

Mənbə axar.az

Oxşar Xəbərlər