Digər

Navrotski Ukraynaya səfərdən imtina etdi

09 Dec 2025, 12:02 1 baxış
Navrotski Ukraynaya səfərdən imtina etdi

Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə bu ölkəyə səfər etməkdən imtina edib.


Axar.az xəbər verir ki, bu barədə Polşa liderinin beynəlxalq siyasət bürosunun rəhbəri Marçin Pşidaç X sosial şəbəkəsində yazıb.


O bildirib ki, Ukraynaya səfər əvəzinə iki dövlət başçısının Polşanın paytaxtı Varşavada görüşünün keçirilməsi variantı nəzərdən keçirilir:


“Hazırda qarşıdan gələn görüşün təfərrüatı ilə bağlı fəal hazırlıqlar və müzakirələr aparılır, bu da hər iki tərəfin dialoq qurmaq və regional əməkdaşlığı gücləndirmək öhdəliyini təsdiqləyir”.

Mənbə axar.az

Oxşar Xəbərlər