Digər

Ukrayna ilə bağlı irəliləyiş var, Tramp bunu bacarır - Uitaker

09 Dec 2025, 09:00 1 baxış
Ukrayna ilə bağlı irəliləyiş var, Tramp bunu bacarır - Uitaker

ABŞ Prezidenti Donald Tramp Ukrayna və Rusiyaya sülh razılaşması əldə etmək üçün necə təzyiq göstərəcəyini bilir.


Axar.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Foks Nyus” telekanalına açıqlamasında bildirib.


"Düşünürəm ki, biz əhəmiyyətli irəliləyiş əldə edirik. Prezident Tramp ruslara və ukraynalılara necə təzyiq göstərməli olduğunu bilir. Bilirsiniz, mən optimistəm, ümidliyəm", - o deyib.


Uitaker söyləyib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner Ukrayna və Rusiyaya çoxmərhələli və mürəkkəb sazişin hazırlanmasına kömək edirlər.


O, həmçinin qeyd edib ki, nə vaxtsa Tramp sülh sazişinin mümkünsüz olduğuna qərar verə bilər:


“Bu halda ABŞ prezidenti sülh prosesindən geri çəkilə bilər”.

Mənbə axar.az

Oxşar Xəbərlər