Digər

Tailand Kamboca ordusunu ərazisindən çıxarır: Əməliyyat başladı

09 Dec 2025, 08:45 1 baxış
Tailand Kamboca ordusunu ərazisindən çıxarır: Əməliyyat başladı

Tailand ordusunun Hərbi Dəniz Qüvvələri Kamboca qoşunlarını Tayland ərazisindən çıxarmaq üçün Trat əyalətində əməliyyata başlayıb.


Axar.az xəbər verir ki, bu barədə “Nation” qəzeti məlumat yayıb.


Hərbi Dəniz Qüvvələrinin sözçüsü Parat Rattanaçaifan bildirib ki, Tailandın təmkinli addımlarına və dialoq qurmaq üçün davam edən səylərinə baxmayaraq, Kamboca qüvvələri ölkə ərazisindən geri çəkilməyib. Əksinə, onlar bölmələrini xüsusi təyinatlı qüvvələr, snayperlər və çoxsaylı raket sistemləri ilə gücləndiriblər və həmçinin mövqelərini və taktiki qurğularını Tailandın suverenliyinə açıq şəkildə təsir edən şəkildə təkmilləşdiriblər.


Qeyd edək ki, bir müddət əvvəl Kambocanın Tailandın şərq əyalətlərini yayılım atəş sistemlərindən atəşə tutduğu barədə xəbər yayılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər