İdman
Misli Premyer Liqası: XIV tura yekun vurulur
Misli Premyer Liqasında XIV turun son oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək. Açılış qarşılaşmasında "Araz Naxçıvan" "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək. Günün ikinci oyununda "Sumqayıt" klubu öz meydanında "İmişli" komandası ilə üz-üzə gələcək. Bu matç saat 19:30-da başlayacaq. Misli Premyer Liqası XIV tur 9 dekabr 17:00. "Araz-Naxçıvan" - "Kəpəz" Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov VAR: Elçin Məsiyev AVAR: Teymur Teymurov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Elgiz Abbasov "Liv Bona Dea Arena". 19:30. "Sumqayıt" - "İmişli" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov VAR: Əli Əliyev AVAR: Zöhrab Abbasov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Məmmədəli Məmmədov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Mənbə
oxu.az