İdman
İtaliya A Seriyası: "Milan" liderliyə yüksəldi
İtaliya A Seriyasının 14-cü turu çərçivəsində "Torino" - "Milan" matçı keçirilib. Oxu.Az xəbər verir ki, qarşılaşma qonaqların əzmkar qələbəsi ilə yekunlaşıb - 2:3. Massimiliano Alleqrenin yetirmələri hesabda iki top fərqi ilə geri düşsələr də, ardıcıl üç dəfə fərqlənərək, aktivlərinə üç xal yazdıra biliblər. Adrien Rabyo və Kristian Pulişiç (dubl) qonaqlara qələbə gətirən qolları vurublar. Bu qələbə sayəsində "Milan" turnir cədvəlində 31 xalla liderliyə yüksəlib. Eyni xala sahib olan "Napoli" ikincidir. "Torino" isə 14 xalla 16-cı yerdə qərarlaşıb.
Mənbə
oxu.az