İdman
Türkiyədə qanunsuz mərc oyunları: "Qalatasaray"ın futbolçusu həbs edildi
Türkiyə futbolunda qanunsuz mərc oyunları ilə bağlı aparılan təhqiqat çərçivəsində daha əvvəl saxlanılmış üç nəfər həbs edilib. Oxu.Az bu barədə "TGRT Haber" telekanalına istinadən xəbər verir. Məlumata görə, İstanbul məhkəməsi "Adana Demirspor"un sabiq prezidenti Murat Sancak, "Ankaraspor" komandasının sahibi Ahmet Okan, "Qalatasaray"ın gənc futbolçusu Metehan Baltacı və "Konyaspor"un futbolçusu Alassane Ndao barəsində həbs qətimkan tədbiri seçib.
Mənbə
oxu.az