İdman

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" autsayderi darmadağın etdi

09 Dec 2025, 02:00 1 baxış
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" autsayderi darmadağın etdi
İngiltərə Premyer Liqasında 15-ci tura yekun vurulub. Oxu.Az xəbər verir ki, turun bağlanış matçında "Mançester Yunayted" "Vulverhempton"un qonağı olub. "Qırmızı şeytanlar" meydan sahiblərinin qapısından dörd top keçiriblər. "Canavarlar" bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 1:4. Hazırda Mançester təmsilçisi 25 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Onun rəqibi isə aktivindəki 2 xalla sonuncu - 20-ci yerdədir.
Mənbə oxu.az

Oxşar Xəbərlər