Digər
Rus ordusu daha 5 yaşayış məntəqəsini işğal etdi
Rusiya ordusu Donetsk vilayətində 5 yaşayış məntəqəsini işğal edib.
Axar.az xəbər verir ki, bu barədə “DeepState” analitik layihəsi məlumat yayıb.
“Düşmən Lısovka, Suxoy Yar, Qnatovka, Roq və Novopavlovkanı işğal edib”, - məlumatda bildirilib.
Bundan əlavə, vurğulanıb ki, ruslar Pokrovsk yaxınlığında da irəliləyib:
“İşğalçıların irəliləyişi Mirnoqrad və Severskdə də qeydə alınıb”.
Yayılan xəbərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Mənbə
axar.az