Digər
Bununla bağlı Türkiyədən zəmanət almışıq - Orban
Rusiya təbii qazının nəqli ilə bağlı Türkiyədən zəmanət almışıq.
Axar.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
“Fürsətdən istifadə edərək, bu təbii qazın nəqlinə və daşınmasına zəmanət verdiyinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha təşəkkür etmək istəyirəm", - deyə o bildirib.
Baş nazir qeyd edib ki, 2025-ci ildə Macarıstana Türkiyə vasitəsilə 7,5 milyard kubmetr təbii qaz tədarük edilib.
Mənbə
axar.az