İdman
Mbappenin barmağı sınıb
"Real Madrid"in hücumçusu Kilİan Mbappe İspaniya La Liqasının 15-ci turunda "Selta"ya qarşı oyunda (0:2) sol əlindəki adsız barmağını sındırıb. Oxu.Az bu barədə İspaniya KİV-ə istinadən xəbər verir. Fransalı forvard zədəni birinci hissənin sonunda müdafiəçi Oskar Minqesa ilə toqquşmadan sonra alıb. Bu zədə onun dekabrın 10-da Çempionlar Liqasının ümumi mərhələsinin 6-cı turunda "Mançester Siti"yə qarşı oyunda meydana çıxmasına mane olmayacaq. Cari mövsümdə Mbappe "Real Madrid"də bütün turnirlərdə 21 oyun keçirib, 25 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mənbə
oxu.az