İdman

"Sabah" "Neftçi"ni məğlub etdi

08 Dec 2025, 22:46 1 baxış
"Sabah" "Neftçi"ni məğlub etdi

Misli Premyer Liqasında XIV turun növbəti oyunu keçirilib.


Axar.az xəbər verir ki, “Sabah” evdə “Neftçi” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Qələbə sayəsində “tələbələr” 28 xalla 2-ci pilləyə yüksəlib. Qonaqlar isə 16 xalla 8-ci yerdədir.


Günün ilk matçında “Qəbələ” ilə “Turan Tovuz” qarşılaşıb. Görüş qatı duman səbəbindən 23-cü dəqiqədə yarımçıq dayandırılıb.


XIV turun əvvəlki oyunlarında "Şamaxı" "Karvan-Yevlax"a 3:0 hesabı ilə qalib gəlib, "Zirə" isə "Qarabağ"la heç-heçə edib - 1:1. Tur dekabrın 9-da başa çatacaq.

Mənbə axar.az

Oxşar Xəbərlər