İdman
"Neftçi"nin yeni baş məşqçisi postuna namizəd Yuri Vernidub Masazırda
Azərbaycan Premyer Liqasının 14-cü turunun maraqla gözlənilən qarşılaşmalarından biri Masazırda keçirilir. Oxu.Az "Sportinfo.az"a istinadən xəbər verir ki, "Sabah" "Bank Respublika Arena"da "Neftçi"ni qonaq edir. Matçı izləyənlər arasında "ağ qaralar"ın yeni baş məşqçisi postuna namizəd Yuri Vernidub da var. O, klub rəsmiləri ilə birgə görüşü izləyir. Xatırladaq ki, ukraynalı mütəxəssis iki gün öncə Bakıya gəlib. Onunla bütün detallarda razılıq əldə olunub. Qalır sadəcə rəsmi təqdimatı. Təcrübəli mütəxəssisin ölkəmizdə çəkilən ilk fotosunu təqdim edirik:
Mənbə
oxu.az