Siyasət

Nazir müavini: "Hava şəraitinin dəqiq proqnozlaşdırılması üçün üç ədəd dopler radar sistemi quraşdırılıb"

08 Dec 2025, 17:56 1 baxış
Nazir müavini: "Hava şəraitinin dəqiq proqnozlaşdırılması üçün üç ədəd dopler radar sistemi quraşdırılıb"
"Azərbaycanda ötən 100 ili əhatə edən hidrometeoroloji məlumatların vahid verilənlər bazasına keçirilməsi istiqamətində işlər aparılır". Oxu.Az xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda keçirdiyi elmi-praktik konfransda bildirib. O bildirib ki, Milli Hidrometeorologiya Xidməti təhlükəli hava şəraitinin vaxtında müəyyənləşdirilməsi, identifikasiyası və onların dəqiq proqnozlaşdırılması üçün üç ədəd dopler radar sistemi quraşdırıb: "Sistemlər leysan, dolu və ildırımla əlaqədar bulud və bulud sistemlərinin hərəkət trayektoriyasının müəyyənləşdirilməsi, 1-3 saatlıq hava proqnozlarının hazırlanması üçün ən son texnoloji üsullardan istifadə edir, milyonlarla sətir məlumatın generasiya və təhlil olunması kimi funksional imkanlara malikdir. Bundan başqa, kənd təsərrüfatı üçün lazım olan atmosfer çirklənmələri və təbii mühitin radiasiya fonu üzrə məlumatların da növbəti ildən məlumat dəstləri olaraq hazırlanıb təqdim edilməsi nəzərdə tutulub". Aqil Vəlili
Mənbə oxu.az

Oxşar Xəbərlər