Digər
Saməddin Əsədov: "Süni intellektin etik və məsuliyyətli formalaşdırılması üçün xüsusi standartlar hazırlanır"
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi süni intellektin etik, məsuliyyətli formalaşdırılması üçün xüsusi standartlar hazırlayır". Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşkil etdiyi "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda elmi-praktik konfransda bildirib: "Elə etməliyik ki, ölkəmizdə yaradılacaq süni intellekt modelləri bir növ insanlığın faydasına xidmət etmiş olsun. Biz ona nail olmalıyıq ki, ölkəmizdə yaradılacaq süni intellekt modelləri bir növ insanlığın faydasına xidmət etmiş olsun, gələcəkdə təhdid mənbəyinə çevrilməsin. Bu sahədə xüsusi standartların da tətbiqi çox vacib əhəmiyyət kəsb edir". Aqil Vəlili
Mənbə
oxu.az