İdman

"Samsunspor" futbolçusunun avtomobili hərəkət zamanı yanıb

08 Dec 2025, 15:24 1 baxış
"Samsunspor" futbolçusunun avtomobili hərəkət zamanı yanıb
"Samsunspor"un futbolçusu Entoni Musaba ailəsi ilə birgə qorxulu anlar yaşayıb. Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçunun idarə etdiyi avtomobil qəfildən alovlanıb. Hadisə yerinə gələn yanğınsöndürmə briqadaları yanğına müdaxilə edərək nəzarət altına alıblar. Yanğından sonra avtomobil tamamilə istifadəyə yararsız hala gəlib. Qeyd edək ki, Entoni Musaba son olaraq "Qalatasaray"a qarşı keçirilən liqa matçında komandasının ilk qolunu vurub.

{{gallery}}
"Samsunspor" futbolçusunun avtomobili hərəkət zamanı yanıb
Mənbə oxu.az

Oxşar Xəbərlər