İdman
"Qarabağ" - "Ayaks" matçı bu hakimə tapşırıldı
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun hakim təyinatları bəlli olub.
Axar.az xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşü FİFA referisi Rade Obrenoviç idarə edəcək.
Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Mənbə
axar.az