Digər
Tailand Kamboca ilə sərhəddə 600-dən çox məktəbi bağladı
Tailand hakimiyyəti Kamboca ilə gərginliyin artması səbəbindən sərhəd bölgələrindəki 641 məktəbin fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə Tailand Təhsil Nazirliyi məlumat yayıb.
“Bəzi bölgələrdə məktəb karantinlərinin uzadılması və ya onlayn tədrisə keçirilməsinə ehtiyac var. Təhsil Nazirliyi vəziyyəti diqqətlə izləyir və tədbirlər planı hazırlayır. Şagirdlərin və məktəb işçilərinin təhlükəsizliyi əsas prioritetdir”, - bəyanatda qeyd olunub.
Qeyd edək ki, Tailand ordusu Kamboca sərhədi boyunca bir neçə ərazidə döyüşlərin getdiyini bildirir.
Mənbə
axar.az