Digər

Paşinyan açıqladı: Burada da Ermənistan bayrağı qaldırılır

08 Dec 2025, 11:18 1 baxış
Paşinyan açıqladı: Burada da Ermənistan bayrağı qaldırılır

Erməni Apostol Kilsələrində Müqəddəs Liturgiya mərasimindən əvvəl dövlət himnimizin səsləndirilməsini təklif edirəm.


Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.


O vurğulayıb ki, Ermənistan ərazisindəki kilsələrin istər girişlərində, istərsə də içində dövlət bayrağının qoyulması məsələsi müzakirə olunmalıdır:


“Bu, bir çox ölkələrdə adi haldır. Hesab edirəm ki, Ermənistanda da tətbiq olunmalıdır”.


Qeyd edək ki, son vaxtlar Paşinyanın erməni kilsəsində ciddi reformlar keçirəcəyi bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər