İdman

Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verib

08 Dec 2025, 10:32 1 baxış
Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verib
Azərbaycanın iki boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatının 1/16 finalında qələbə qazanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. 63.5 kiloqram çəkidə Maqsud Xasmetov ruandalı rəqibi Pasifik Niyonzimanı nokautla məğlub edib. O, 1/8 finalda Ruslan Qafurovla (Tacikistan) qarşılaşacaq. 71 kiloqram çəkidə Sərxan Əliyev isə keniyalı Bonifatsi Maynanı (Keniya) mübarizədən kənarlaşdırıb. O, 1/8 finalda Arturs Vaisla (Latviya) ilə rinqə çıxacaq. Qeyd edək ki, dünya çempionatına dekabrın 13-də yekun vurulacaq.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər