Digər

Tramp təzə barışdırmışdı, yenidən müharibə başladı

08 Dec 2025, 10:40 1 baxış
Tramp təzə barışdırmışdı, yenidən müharibə başladı

Tailandla Kamboca sərhədində yenidən hərbi toqquşmalar baylayıb.


Axar.az xəbər verir ki, bu barədə “Kxaosot” qəzeti məlumat yayıb.


“Tailand ordusu Kamboca sərhədi boyunca bir neçə ərazidə döyüşlərin getdiyini bildirir”, - məlumatda qeyd olunub.


“Röyters” isə bildirib ki, döyüşlər zamanı Tailandın 3 hərbçisi həlak olub, 7 əsgər isə yaralanıb.


Kamboca tərəfi 3 mülki sakinin yaralandığını elan edib.


Qeyd edək ki, bu ilin oktyabrında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə iki ölkə arasında sülh sazişi imzalanmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər