Digər

Dünya planşet bazarının reytinqi - SİYAHI

08 Dec 2025, 02:31 1 baxış
Dünya planşet bazarının reytinqi - SİYAHI
"Counterpoint" analitikləri 2025-ci ilin üçüncü rübü üzrə qlobal planşet bazarına dair statistik məlumatları açıqlayıblar. Oxu.Az Ferra.ru-ya istinadən xəbər verir ki, hesabatda "Apple" liderliyini qoruyub. Şirkətin bazar payı 34% təşkil edir ki, bu da ötən illə eynidir. İkinci yerdə "Samsung" qərarlaşıb, şirkətin payı 18% təşkil edir, lakin satışlar ötən illə müqayisədə artmayıb. Üçüncü yeri "Lenovo" tutur. Şirkət bazarın 9%-nə sahibdir və tədarüklərini 23% artırıb. Dördüncü sırada "Huawei" gəlir. Şirkət satışlarını 10% artıraraq, bazar payını 9%-ə çatdırıb. Beşinci yerdə "Amazon" qərarlaşıb, şirkət satışlarını 13% artırıb. Ardınca "Xiaomi" gəlir, bazarın 7%-ni tutur və tədarüklərini 8% artırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər