İdman

Lyuis Hemilton karyerasında ilk dəfə mövsümü podiumsuz başa vurdu

07 Dec 2025, 23:24 1 baxış
Lyuis Hemilton karyerasında ilk dəfə mövsümü podiumsuz başa vurdu
Yeddiqat "Formula-1" çempionu, hazırda "Ferrari" komandasında yarışan 40 yaşlı britaniyalı pilot Lyuis Hemilton 2025-ci il mövsümündə əsas yarışda bir dəfə də olsun ilk üçlüyə düşə bilməyib. Oxu.Az xəbər verir ki, bu, pilotun karyerasında ilk olub. Hemilton cari mövsümdə yalnız Çin Qran-prisində sprint yarışında qalib gəlib. Xatırladaq ki, Lyuis "Formula-1"də debütünü 2007-ci il mövsümündə "McLaren" komandasının pilotu kimi edib. 2008-ci ildə Hemilton ilk çempionluğunu qazanıb. 2013-cü ildə o, "Mercedes"ə keçib və burada daha altı çempionluq əldə edib. Pilot 2025-ci il mövsümünü İtaliya komandasında keçirib. Beləliklə də, britaniyalı son 44 ildə "Ferrari"də debüt mövsümündə podiuma çıxa bilməyən ilk pilot olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər