İdman
Türkiyə Superliqasında sürpriz baş məşqçi istefası
Türkiyə Superliqasında sürpriz istefa baş verib. Oxu.Az "Haber Global"a istinadən məlumat verir ki, "Gençlerbirliği"nin baş məşqçi Volkan Dəmirəl istefa verdiyini açıqlayıb. Maraqlıdır ki, o, bu qərarını komandasının "Fatih Karagümrük"ə 3:0 hesabı ilə qalib gəlməsindən sonra verib. Qərarın klub prezidenti Mehmet Qayanın növbəti seçkidə öz namizədliyini geri götürməsi ilə bağlı olduğu bildirilir. Qeyd edək ki, Ankara təmsilçisi ilə qarşılaşma "Gençlerbirliği" üçün Volkan Dəmirəlin rəhbərliyi altında ikinci ev oyunu olub. Ümumilikdə, "Gençlerbirliği"nin çalışdırıcısı kimi 6 görüş keçirən Volkan Dəmirəl 3 qələbə və 3 məğlubiyyətlə yadda qalıb.
Mənbə
oxu.az